Nəcməddin Sadıkov NATO Baş Qərargah rəislərinin toplantısında iştirak edəcək

Nəcməddin Sadıkov NATO Baş Qərargah rəislərinin toplantısında iştirak edəcək Tədbir yanvarın 16-da Brüsseldə keçiriləcək
Hərbi
15 Yanvar , 2018 12:18
Nəcməddin Sadıkov NATO Baş Qərargah rəislərinin toplantısında iştirak edəcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi