Nazirlik: Azərbaycanın beynəlxalq sərgiyə çıxardığı hərbi məhsullar böyük maraqla qarşılanıb

Nazirlik: Azərbaycanın beynəlxalq sərgiyə çıxardığı hərbi məhsullar böyük maraqla qarşılanıb Bakı. 14 iyun. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Parisdə keçirilən EUROSATORY-2018 beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində nümayiş etdirilir.
Hərbi
14 İyun , 2018 16:42
Nazirlik: Azərbaycanın beynəlxalq sərgiyə çıxardığı hərbi məhsullar böyük maraqla qarşılanıb
Report
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Parisdə keçirilən EUROSATORY-2018 beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində nümayiş etdirilir. 

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla bağlı nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Fransada səfərdədir.

İyunun 11-dən öz işinə başlayan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 270 adda hərbi təyinatlı məmulat nümayş etdirilir.

Bildirilib ki, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı EUROSATORY sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar, xüsusilə ilk dəfə beynəlxalq sərgiyə çıxarılan - 14,5 millimetrlik NST snayper tüfəngi, 81 millimetrlik minaatan, 12,7 millimetrlik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu, 81 millimetrlik atəş yığımı və “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsi, “Gürzə” patrul maşını, ”İstiqlal”, “Vaşaq” və “Yalquzaq” snayper tüfəngləri böyük maraqla qarşılanır.

Sərgi çərçivəsində nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti tədbirə qatılan ölkələrdən - Türkiyənin “Havelsan” və “Çukurova”, İsrailin “Aeronautics”, Fransanın “Rokcell”, Almaniyanın ”Diehl” və Serbiyanın “Yugoimport” şirkətlərinin stendlərini ziyarət edib, nümayiş etdirilən yeni növ məmulatlarla yaxından tanış olub. Sərgiyə qatılan qabaqcıl şirkətlərin nümayəndələri ilə görüşlər təşkil olunub, yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün mövcud əməkdaşlıqların inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması istiqamətində danışıqlar aparılıb. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparılıb.

Görüşlərdə Y.Camalov Bakının Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Expo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı müzakirələri davam etdirir.

Səgi çərçivəsində bu ilin sentyabrın 25-dən 27-dək Azərbaycanda keçiriləcək ADEX-2018 Üçüncü Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı Nazirliyin nümayəndə heyəti tərəfindən geniş məlumat verilib və dəvətlər çatdırılıb.

EUROSATORY-2018 Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi iyunun 15-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi