Nazir: "Gələn il bir sıra yeni layihələr üzərində iş aparılacaq" - FOTO

Nazir: "Gələn il bir sıra yeni layihələr üzərində iş aparılacaq" - FOTO Müdafiə Sənayesi Nazirliyinin 10 illik yubileyinə həsr olunan kollegiya iclası keçirilib
Hərbi
17 Dekabr , 2015 12:37
Nazir: Gələn il bir sıra yeni layihələr üzərində iş aparılacaq - FOTO

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) 10 illik yubileyinə həsr olunan kollegiya iclası keçirilib.

“Report”un məlumatına görə, müdafiə sənayesi naziri Yavər Camalov deyib ki, Prezident İlham Əliyevin qətiyyətli addımları nəticəsində Azərbaycan böyük inkişafa nail olub. 
Nazir bildirib ki, 2015-ci ildə ölkədə bir sıra beynəlxalq tədbirlər keçirilib: “Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin dünyada tanınmasında mühüm rol oynayır. Ümumilikdə, 2014-2015-ci illər ərzində Azərbaycanın iqtisadiyyatı inkişaf edib, yoxsulluğun səviyyəsi aşağı düşüb. Hazırda Azərbaycan regionun lider dövlətidir. Ölkəmiz Ermənistanla təmas xəttində üstünlüyü ələ alıb. Ordu quruculuğu istiqamətində xeyli işlər görülüb”.

Y.Camalov qeyd edib ki, müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə olunur: “Dövlət müdafiə sifarişi ilə ETİ-də 17 mövzu, MAKA-da 12 mövzu üzrə elmi tədqiqat işləri yerinə yetirilib. 2006-2015-ci illərdə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində nazirliyin müəssisələrində 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Nazirliyin ultirizasiya mərkəzində quraşdırılmış xüsusi cihaz və avandanlıqlar vasitəsilə istifadəyə yararsız bütün növ döyüş sursatlarının ultirizasiyası həyata keçirilir. Ötən müddətdə 18 min 200 müdafiə təyinatlı məmulatların təmiri işləri aparılıb, 7 milyon 188 min ədəd məmulatın isə ultirizasiyası həyata keçirilib”.

O bildirib ki, Müdafiə Sənayesi Nazirliyində Bakıda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisinə hazırlıq işləri aparılır: “Artıq, 100-dən çox şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib. Nazirliyin müəssisələrində istehsal olunan məmulatların beynəlxalq sərglərə çıxarılması ölkənin qüdrətinin göstəricisidir”.
Nazirin sözlərinə görə, 2016-cı ildə bir sıra yeni layihələr üzərində iş aparılacaq.
İclasda nazirliyin idarə rəisləri hesabatla çıxış ediblər.
Sonda Y.Camalov Prezident İlham Əliyevin təltif etdiyi və işlərində fərqlənən nazirlik işçilərinə diplomlar və pul mükafatı təqdim edib. 

Son xəbərlər

Orphus sistemi