Yuxarı

Nazir Yavər Camalov: “Azərbaycan Ordusunu bütün döyüş sursatları ilə tam təchiz edə bilirik”

“Tank, vertolyot istehsalı isə iqtisadi cəhətdən səmərəli deyil”

Bakı. 17 dekabr. REPORT.AZ/ “Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Ordusunu atıcı silahlar və onların ehtiyat hissələri ilə tam təmin edir”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.

“Ordunu bütün döyüş sursatları ilə tam təchiz edə bilirik. İri layihələr, məsələn, tank, vertolyot istehsalı isə iqtisadi cəhətdən səmərəli deyil. Tutaq ki, 300-350 tank lazımdırsa və bu, 100-150 milyon dollar vəsait tələb edirsə, biz bunun istehsalına niyə 5 milyard pul xərcləməliyik?! Amma perspektivdə bu məsələlərə də baxılacaq”, - nazir əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi