Naxçıvanda orduya verilən avtomobillərin sayı açıqlanıb

Naxçıvanda orduya verilən avtomobillərin sayı açıqlanıb Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilib
Hərbi
30 Yanvar , 2016 01:51
Naxçıvanda orduya verilən avtomobillərin sayı açıqlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında orduya verilən avtomobillərin sayı açıqlanıb.

“Report”un xəbərinə görə, 2015-ci ildə Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissə və bölmələrinə 10 ədəd yeni “NAZ-Lifan” markalı xidməti avtomobil, 20 ədəd “Kamaz” markalı yük maşını, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına 2 ədəd yeni “Hyundai” markalı avtobus, 1 ədəd “Ford Cargo” markalı avtomobil, 1 ədəd tibbi yardım maşını və 5 ədəd motosiklet verilmiş, maddi-texniki baza daha da möhkəmləndirilib.

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilib. 2015-ci ildə Naxçıvan şəhərində qərargah binasının, zabit-gizir ailələri üçün iki xidməti yaşayış binasının, iki əsgər yataqxanasının, iki anbarın, texniki nəzarət məntəqəsinin tikintisi başa çatdırılmış, mərkəzi hərbi xəstəxananın, əsgər yataqxanasının, əsgər yeməkxanasının, anqarın tikintisi davam etdirilib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilib. Kəngərli rayonunda su anbarının, Ordubad rayonunda əsgəri yaşayış kompleksinin tikintisi, avtomobil yolunun yenidən qurulması başa çatdırılıb, Şərur rayonunda “N” hərbi hissəsi üçün infrastruktur obyektlərinin tikintisi davam etdirilib.

Son xəbərlər

Orphus sistemi