Yuxarı

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun təlimləri başlayıb

Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş fəaliyyətlərinin qərargahlar tərəfindən idarə olunması bacarıqları yoxlanılacaq

Bakı. 5 oktyabr. REPORT.AZ/ Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun komanda-qərargah təlimləri başlayıb. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, təlimlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi Silahlı Qüvvələrin hazırlığı planına əsasən keçirilir. 

Sentyabrın 6-dan 13-dək keçirilən komanda qərargah hərbi oyunlarında icra edilən əməliyyat tapşırıqlarının davamı kimi nəzərdə tutulan bu təlimlərdə Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş fəaliyyətlərinin qərargahlar tərəfindən idarə olunması bacarıqları yoxlanılacaq.

Təlim tapşırıqlarının işlənib hazırlanması ilə yanaşı, mürəkkəb əməliyyat şəraitində qoşunların idarə edilməsi, müxtəlif səviyyəli qərargahların uzlaşması, döyüş xidmətinin təşkili və aparılmasının yoxlanılması da nəzərdə tutulur.

Komanda-qərargah təlimləri oktyabrın 8-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi