Yuxarı

Naxçıvanda aviasiya bölmələri təlim-məşq uçuşları keçirib

Naxçıvanda aviasiya bölmələri təlim-məşq uçuşları keçirib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Naxçıvanda aviasiya bölmələri təlim-məşq uçuşları keçirib.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, uçuşlar zamanı SU-25 hücum təyyarələri və Mİ-35 atəş-dəstək helikopterləri ilə hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib. 

Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə gənc pilotların yüksək dağlıq ərazidə məhdud ölçülü meydançaya enmə vərdişləri təkmilləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi