Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir - VİDEO

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir - VİDEO Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir.
Hərbi
22 Yanvar , 2020 17:02
Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir - VİDEO

Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Ötən müddət ərzində keçirilən toplantılarda taqım komandirləri və müavinləri, manqa komandirləri, müxtəlif ixtisaslı gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları iştirak ediblər.

Toplantılarda kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, pedaqoji hazırlıqlarının yüksəldilməsi istiqamətində məşğələlər keçirilib, “Hərbi qulluqçu və hərbi kollektivin psixologiyası” mövzusunda mühazirələr oxunub.

Hazırda müxtəlif ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi komandir hazırlığı və təlim-metodiki toplantılar davam edir.

Son xəbərlər

Orphus sistemi