NATO qiymətləndirməsi üzrə "Qaraheybət-2017" təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib

NATO qiymətləndirməsi üzrə "Qaraheybət-2017" təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib Təlim iyunun 3-də sona çatacaq
Hərbi
1 İyun , 2017 18:52
NATO qiymətləndirməsi üzrə Qaraheybət-2017 təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib
Mod.gov.az

Bakı. 1 iyun. REPORT.AZ/ İyunun 1-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yüksək Səviyyəli Qonaqlar Günü təlimi Müdafiə Nazirliyinin general heyəti ilə birgə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi izləyiblər.

Həmin gün qonaqlar “N” saylı hərbi hissədə də olaraq burada yaradılan şəraitlə tanış olublar.

Təlim iyunun 3-də sona çatacaq.

Son xəbərlər

Orphus sistemi