NATO-nun mobil təlim qrupu Bakıda Azərbaycan hərbçilərinə seminar keçir

NATO-nun mobil təlim qrupu Bakıda Azərbaycan hərbçilərinə seminar keçir Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.
Hərbi
28 Fevral , 2018 12:15
NATO-nun mobil təlim qrupu Bakıda Azərbaycan hərbçilərinə seminar keçir
Mod.gov.az

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Bakıda Şimali Atlantika Alyansının Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən seminar keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seminarda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara hava əməliyyatlarının aparılması, hava nəqliyyatı əməliyyatlarının planlaşdırılması və icrası, eləcə də müharibə zonasında axtarış-xilasetmə əməliyyatlarının keçirilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Tədbirdə müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi