NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı Azərbaycana gələcək

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı Azərbaycana gələcək Səfər bu ayın sonlarına nəzərdə tutulub
Hərbi
8 Yanvar , 2018 04:38
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı Azərbaycana gələcək

Bakı. 8 yanvar. REPORT.AZ/ NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali baş komandanı general Kertis Skaparrotti bu ay Azərbaycana səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü adı çəkilməyən Amerika və Avropa vəzifəli şəxslərinə istinadən "BuzzFeed" portalı məlumat yayıb.

Onun Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovla görüşəcəyi gözlənilir.

"Bu ayın sonlarında Avropada Birləşmiş Silahlı Qüvvələrin Ali baş komandanı general Kertis Skaparrotti Azərbaycanda, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovla görüş keçirməlidir", - deyə materialda bildirilir.

Qeyd olunana əsasən, Skaparrottinin xələfi Filipp Bridlav portala bildirib ki, bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk belə görüş olacaq.

Son xəbərlər

Orphus sistemi