Yuxarı

​NATO nümayəndə heyəti hərbi hissələrdə olub

Qonaqlar Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi tərəfindən qarşılanaraq ərazi ilə tanış olublar

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycanda rəsmi səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini general Mirko Zuliani rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə martın 9-da Hərbi Dəniz Qüvvələrinin bazasında olub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlar Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi tərəfindən qarşılanaraq ərazi ilə tanış olublar. NATO nümayəndə heyətinə hərbi-dəniz bazasının yaranma tarixi, strukturu, fəaliyyəti, hərbi gəmilərin təyinatı və digər məsələlərə dair ətraflı məlumat verilib.

Sonra general M.Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunda olub. Burada onlara şəxsi heyətin müxtəlif ölkələrdəki beynəlxalq missiyalarda icra etdikləri tapşırıqlar, təminat və təchizatı, bölmələrin hazırlıq sistemi, o cümlədən sülhməramlı taborun fəaliyyəti barədə məlumat çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi