Yuxarı
    Bağlamaq

    NATO ekspertləri Azərbaycan Ordusunun təlimatçıları üçün seminar keçiblər

    Tədbir çərçivəsində NATO-da tətbiq edilən müasir tədris prosesi və metodologiyaları haqqında iştirakçılara məlumat verilib

    Bakı. 6 may. REPORT.AZ/ Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına müvafiq olaraq, Alyansın təlim və təhsil üzrə ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin müdafiə təlimatçıları üçün seminar keçirilib.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

    Məlumata görə, ikinci dərəcəli kapitan Andreas Hildenbrandın rəhbərliyi ilə keçirilən seminarda Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin professor-müəllim heyəti də iştirak edib.

    Tədbir çərçivəsində NATO-da tətbiq edilən müasir tədris prosesi və metodologiyaları haqqında iştirakçılara məlumat verilib, mühazirələr oxunub, eləcə də Silahlı Qüvvələrdə mövcud olan təhsil sisteminə dair geniş fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi