Yuxarı

NATO admiralı Azərbaycana təşəkkür edib

NATO admiralı Azərbaycana təşəkkür edib

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycana təşəkkür edib.

"Report" xəbər verir ki, o, təşəkkürünü oktyabrın 16-da Bakıda Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə çatdırıb. 

Kontr-admiral B.Turan Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb. 

O, həmçinin “NATO Günləri”nin Azərbaycanda yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi