Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının buraxılış mərasimi keçirilib

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının buraxılış mərasimi keçirilib Onlarla müqavilə bağlanılıb və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunublar
Hərbi
16 İyun , 2016 19:20
Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının buraxılış mərasimi keçirilib

Bakı. 16 iyun. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hazırlıq kursunu bitirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul komissiyasının qərarına əsasən, kursa qəbul edilən namizədlər ixtisaslarına uyğun olaraq tədris qruplarına bölünüb. Onlar mütəxəssis hazırlığına qoyulan tələblər əsasında hazırlanan proqrama müvafiq olaraq kurs keçiblər.

Kursda mühazirələr, qrup və praktiki məşğələlər təşkil olunub. Bundan əlavə, poliqonda keçirilən dərslərdə hərbi texnikanın idarə olunması və silahdan atışlar icra edilib.

Test üsulu ilə keçirilən yekun imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlərlə müqavilə bağlanılıb, sertifikatlar təqdim edilib və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunublar.

Eyni zamanda, Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrin təlabatına uyğun olaraq müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən gənclərin növbəti qrupunun Təlim və Tədris Mərkəzinə qəbulu da həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi