Yuxarı

Müdafiə Nazirliyinin şəxsi heyəti Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib

Müdafiə Nazirliyinin şəxsi heyəti Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib

Bakı. 9 may. REPORT.AZ/ Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub. Hərbi qulluqçular İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Bakı şəhərində keçirilən anım mərasimlərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidə və Qardaşlıq məzarı da ziyarət olunub.

Bayram mərasimləri bütün qarnizonlar və iri şəhərlərdə də keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi