​Müdafiə Nazirliyinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olub

​Müdafiə Nazirliyinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olub Mərkəzdə olan gəzinti xoş təssürat yaradıb
Hərbi
18 Fevral , 2015 20:10
​Müdafiə Nazirliyinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olub

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Şəxsi Heyət şöbəsinin 2015-ci il tədris planına əsasən, baş idarənin və onun tabeliyində olan hərbi hissələrin bir qrup şəxsi heyəti fevralın 18-də Heydər Əliyev Mərkəzində olub.

"Report"un Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, zəngin mədəni və mənəvi mədəniyyətə malik olan Azərbaycan xalqının tarixi nailiyyətlərini, mədəni həyatda qazanılmış uğurlarını öyrənmək, həmçinin bu müvəffəqiyyətlərin əldə edilməsi sahəsində öz müdrik siyasəti ilə qəlblərdə böyük sevgi və ehtiram dağı ucaltmış ümummilli lider Heydər Əliyevin həyatı ilə bağlı dəyərli anları yenidən yaşamaq baxımından Mərkəzdə olan gəzinti xoş təssürat yaradıb.

İstər ölkənin sürətli inkişaf yolunu, istər tariximizi, istərsə də ulu öndərin şəxsi həyatını və əmək fəaliyyətini özündə parlaq əks etdirən sərgi nümunələri, qədim eksponatlar, hədiyyələr və müxtəlif təyinatlı əşyalar böyük maraq doğurmaqla yanaşı ümummilli öndərə olan sonsuz sevgi və diqqəti xeyli artırıb və milli qürur hissini gücləndirib. 

Son xəbərlər

Orphus sistemi