Yuxarı

Müdafiə Nazirliyinin saytı “Google”nin xəbər servisinə qoşulub

Müdafiə Nazirliyinin saytı “Google”nin xəbər servisinə qoşulub
“Google” Müdafiə Nazirliyinin saytının ingilis dili bölümündəki xəbəri servis edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytı “Google”nin xəbər servisinə qoşulub.

"Report"un məlumatına görə, bu gün “Google”nin xəbər servisində ilk dəfə olaraq birinci mənbə – yəni Müdafiə Nazirliyinin saytı göstərilməklə və keçid verilməklə xəbər yer aıb. “Google” Müdafiə Nazirliyinin saytının ingilis dili bölümündəki xəbəri servis edib.

Qeyd edək ki, hazırda Azərbaycanın dövlət qurumlarından bir neçəsinin rəsmi saytı “Google”nin xəbər servisinə bağlıdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı 2012-ci ildən fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi