Yuxarı

Müdafiə Nazirliyinin nümayəndələri Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşlər keçirirlər

Müdafiə Nazirliyinin nümayəndələri Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşlər keçirirlər

Bakı. 6 sentyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin nümayəndələri yeni tədris ili ərəfəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşlər keçirir və onların məktəbli övladlarının qayğıları ilə maraqlanırlar.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşlər zamanı Nazirliyin nümayəndələri qarşıdan gələn Bilik günü münasibətilə valideynləri və şagirdləri təbrik edib, dövlət rəhbərliyi tərəfindən təhsilə göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıblar.

Sonra uşaqlara məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.

Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri göstərilən diqqətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bu kimi görüşlər sentyabrın 15-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi