Yuxarı

Müdafiə Nazirliyinin nümayəndələri Mahaçqalada Beynəlxalq Ordu Oyunlarına hazırlığı müzakirə edib

Azərbaycan nümayəndə heyəti Xəzər təlim-məşq kompleksi ilə tanış olub

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Mahaçqalada Rusiyanın Xəzər donanmasının komandiri, kontr-admiral Sergey Pinçukla işgüzar görüş keçirib.

Bu barədə "Report" Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

Görüş Beynəlxalq Ordu Oyunlarına hazırlıq çərçivəsində Mahaçqaladakı gəmi birləşmələri baza məntəqəsində keçirilib.

"Səmimi və konstruktiv ab-havada reallaşan söhbət zamanı suüstü gəmilər arasında keçirilən "Dəniz Kuboku-2017" müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib", - Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Bundan başqa, Azərbaycan nümayəndə heyəti "Xəzər" təlim-məşq kompleksi ilə tanış olub, həmçinin "Dəniz Kuboku-2016", "Xəzər Kuboku-2015" və "Xəzər derbisi-2015" beynəlxalq yarışlarının keçirildiyi "Skorpion" dəniz piyadaları bölmələrinin təlim sahəsinin komanda məntəqəsində olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi