Müdafiə Nazirliyinin mətbuat xidməti "facebook" istifadəçilərinə müraciət edib

Müdafiə Nazirliyinin mətbuat xidməti "facebook" istifadəçilərinə müraciət edib "Facebook" istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur
Hərbi
7 Aprel , 2016 09:33
Müdafiə Nazirliyinin mətbuat xidməti facebook istifadəçilərinə müraciət edib

Bakı. 7 aprel. REPORT.AZ/ Müdafiə Nazirliyinin mətbuat xidməti "facebook" istifadəçilərinə müraciət edib. Bu barədə "Report"a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi "facebook" səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, "facebook" sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: “Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç birinin Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.

"Facebook" istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi