Bakı. 5 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin hərbi hissələrində təşkil olunan "Açıq qapı" günləri davam etdiriləcək.
"Report" xəbər verir ki, bunu nazirliyin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev deyib.
İdarə rəisi xatırladıb ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə ayın 25-də hərbi hissələrdə açıq qapı günü elan edilib: "Bu günlər davam etdiriləcək. Ordu da cəmiyyətin bir hissəsidir, ona görə də cəmiyyətdən ayrı tutmaq olmaz. Bu baxımdan biz "Açıq qapı" günlərinin davam etdirilməsini düşünürük. Həmin günlərin vaxtı əvvəlcədən elan olunacaq".