Yuxarı
    Bağlamaq

    ​Müdafiə Nazirliyinə səfərbərliyə hazır olan çoxsaylı şəxslər müraciətlər ünvanlayır - RƏSMİ MƏLUMAT

    Nazirlik göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edib

    Bakı. 5 aprel. REPORT.AZ/ “İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər”.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanda, eyni zamanda respublikadan kənarda yaşayan vətənpərvər oğul və qızlarımızla qürur duyduğunu bildirir və əsgərlərimizə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını ifadə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi