Müdafiə Nazirliyində hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib

Müdafiə Nazirliyində hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.
Hərbi
7 Dekabr , 2019 12:38
Müdafiə Nazirliyində hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov adından toplantı iştirakçılarını salamlayan idarə rəisi, general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycan Ordusunda aparılan islahatlar, quruculuq işləri, hərbi-təhsil sistemi və bu sahədə əldə olunan nailiyyətlər, eləcə də beynəlxalq hərbi əməkdaşlığın prioritetləri və istiqamətləri haqqında ətraflı məlumat verib, növbəti ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb.

Bakı Hərbi Attaşelər Assosiasiyasının Duayeni, Çin Xalq Respublikasının hərbi attaşesi, baş polkovnik Çjan Tsunqo həmkarları adından toplantının keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi