Yuxarı
    Bağlamaq

    Müdafiə Nazirliyində beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib

    Seminarın məqsədi iştirakçıları müharibə gedən ölkələrdə müvafiq qanunvericilik və normalarla tanış etmək olub

    Bakı. 23 may. REPORT.AZ/ Müdafiə Nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi arasında 2017-ci il üçün əməkdaşlıq fəaliyyəti çərçivəsində mayın 23-də beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seminarın məqsədi iştirakçıları müharibə gedən ölkələrdə müvafiq qanunvericilik və normalarla tanış etmək, eyni zamanda, hərbi əməliyyatlar zamanı davranış, mülki əhalinin təhlükəsizliyi, yaralı və xəstələrin beynəlxalq hüquq normaları çərçivəsində qorunması, hərbi münaqişədən zərər çəkmiş dinc sakinlərə dəstək vermək və onların qarşılaşdığı mövcud problemlərin həlli barədə fikir mübadiləsinin aparılmasından ibarət olub.

    Tədbirdə BQXK ilə Azərbaycan hökuməti, eləcə də Müdafiə Nazirliyi arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, qurumun cəbhəboyu zonada həyata keçirdiyi layihələr, onların icra mexanizmləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi