Müdafiə Nazirliyi və BQXK-nın Azərbaycandakı nümayəndəliyi seminar keçirib

Müdafiə Nazirliyi və BQXK-nın Azərbaycandakı nümayəndəliyi seminar keçirib Bakı. 6 iyul. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində seminar keçirilib.
Hərbi
6 İyul , 2018 13:08
Müdafiə Nazirliyi və BQXK-nın Azərbaycandakı nümayəndəliyi seminar keçirib
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində seminar keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, müxtəlif qoşun növlərindən olan zabit heyətinin iştirak ilə keçirilən tədbirdə çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəsi İlahə Hüseynova müharibənin getdiyi ölkələrdə əməliyyatlar zamanı davranış qaydaları, beynəlxalq hərbi qanunvericilik və normaları çatdırıb.

O, təşkilatın komponentləri, fəaliyyətləri və rolları barədə danışıb, eyni zamanda neytral, müstəqil və qərəzsiz bir qurum BQXK-nın müstəsna humanitar missiyasının müharibə və digər zorakılıq halları qurbanlarının həyat və ləyaqətlərini qorumaq və onlara yardım göstərməkdən ibarət olduğunu vurğulayıb.

BQXK-nın Azərbaycandakı nümayəndəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlərin aradan qaldırılması, eləcə də beynəlxalq humanitar hüququn təbliği və tətbiqi ilə bağlı məsələlərə də toxunub.

Görüşdə həmçinin şəxsi heyətə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaralananların qorunması, münaqişələr zamanı mülki şəxslərə dəstək verilməsi, hərbi əsirlərlə rəftar qaydaları barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi