Yuxarı

Müdafiə Nazirliyi bayram günlərində keçirilən tədbirlərlə bağlı statistik məlumatları açıqlayıb

Müdafiə Nazirliyi statistik məlumatları açıqlayıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Müdafiə nazirinin tapşırığına əsasən, bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məktəb tətili günlərində təşkil olunan bayram şənliklərində hərbi qulluqçuların, ümumilikdə, on minədək övladı üçün konsertlər, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.

Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Naxçıvan Qarnizon Zabitlər Evinin və Gəncə Zabitlər Evinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi