​Müdafiə Nazirliyi: Ön cəbhədə yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib

​Müdafiə Nazirliyi: Ön cəbhədə yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib "Ermənistanın KİV-in yaydığı məlumat dezinformasiya xarakteri daşıyır"
Hərbi
27 İyun , 2015 19:39
​Müdafiə Nazirliyi: Ön cəbhədə yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib

Bakı. 27 İyun. REPORT.AZ/ "Ermənistanın elektron kütləvi informasiya vasitələrinin iyunun 26-da atəşkəs rejiminin pozulması nəticəsində guya bir erməni hərbi qulluqçunun ölməsi və Azərbaycan tərəfinin də itkilər verməsi barədə yaydığı məlumat dezinformasiya xarakteri daşıyır".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər və daxili çəkişmə nəticəsində ermənilərin bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə günahı Azərbaycan tərəfinin üzərinə atmaqla ictimaiyyətinin diqqətini ordusunda baş verən neqativ hallardan yayındırmağa çalışır.

"Hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən Yerevanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin intensiv pozulması haqqında mütəmadi olaraq məqsədyönlü surətdə dezinformasiya xarakterli məlumatlar yayır", - deyə bəyanatda bildirilir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.

Son xəbərlər

Orphus sistemi