Müdafiə Nazirliyi: “Odundağ” yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçib

Müdafiə Nazirliyi: “Odundağ” yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçib "Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb"
Hərbi
25 Yanvar , 2016 18:49
Müdafiə Nazirliyi: “Odundağ” yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçib

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə yayılan məlumatlara münasibət bildirib. 

"Report"un məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: 

"Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib". 

Son xəbərlər

Orphus sistemi