Yuxarı
    Bağlamaq

    Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən çıxarılması barədə xəbərlərə münasibət bildirib

    “Mətbuatda bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özünün iç üzünü açıb göstərirlər”

    Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi barədə xəbərlərə münasibət bildirib.

    Nazirliyin mətbuat xidmətindən “Report”a daxil olan açıqlamada həmin məlumatların əsassız, böhtan xarakterli olduğu qeyd edilib: “Ordumuzun düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti Azərbaycan Prezi­den­ti­, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qiymətləndirilib. Bu yüksək qiymətdə hər kəsin, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edənlərin və əsgərlərin, bir sözlə, Ordumuzun hər bir üzvünün payı var.

    Mətbuatda bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özünün iç üzünü açıb göstərirlər. Onlardan fərqli olaraq, Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır.

    Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş və mənəvi-psixioloji ruhu yüksəkdir. Düşmən dəyirmanına su tökməklə məşğul olanlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Ordumuz hər an xalqımızın tələbi və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır və qadirdir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi