Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb Nəzərdə tutulan tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib
Hərbi
11 Fevral , 2017 13:25
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Bakı. 11 fevral. REPORT.AZ/ Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Plana əsasən, nəzərdə tutulan tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə tədbirlər keçiriləcək.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və mütəxəssislərin iştirakı ilə təşkil olunacaq tədbirlərdə müxtəlif mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Son xəbərlər

Orphus sistemi