​Müdafiə Nazirliyi Hərbi Prokurorluqla birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə tədbir keçirib

​Müdafiə Nazirliyi Hərbi Prokurorluqla birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə tədbir keçirib Ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət və hadisələr təhlil edilib
Hərbi
6 Oktyabr , 2015 13:49
​Müdafiə Nazirliyi Hərbi Prokurorluqla birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə tədbir keçirib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2015-ci ilə dair birgə tədbirlər planına əsasən müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində yerləşən hərbi hissələrin şəxsi heyətilə görüşlər keçiriblər.

Ədliyyə general-leytenantı X.Vəliyev çıxışında döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulmuş tələblər və nizamnamələr çərçivəsində qurulmasının vacibliyini xüsusi qeyd edib.

Keçirilən görüşlərdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət və hadisələrin təhlili, nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Görüşlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi