Müdafiə Nazirliyi əsgər Məhəmməd Siraclının ölümü ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi əsgər Məhəmməd Siraclının ölümü ilə bağlı məlumat yayıb Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır
Hərbi
9 Noyabr , 2015 16:06
Müdafiə Nazirliyi əsgər Məhəmməd Siraclının ölümü ilə bağlı məlumat yayıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyi əsgər Məhəmməd Siraclının ölümü ilə bağlı məlumat yayıb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılan Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Siraclı Məhəmməd Malik oğlunun ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır: "Bildiririk ki, baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir.

Lakin bəzi kütləvi informasiya vasitələri tələskənliyə yol verərək qeyri-dəqiq, rəsmi təsdiqlənməyən məlumatlar yaymaqla ictimaiyyətdə yanlış təsəvvürün yaranmasına səbəb ola bilər. Buna görə də Silahlı Qüvvələr haqqında verilən xəbərlərin Müdafiə Nazirliyi ilə dəqiqləşdiriləməsi bir daha tövsiyə olunur".

Son xəbərlər

Orphus sistemi