Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını məhv edib

Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını məhv edib Aparatlar cəbhənin Tərtər rayonu istiqamətində vurulub
Hərbi
4 İyul , 2015 20:22
Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını məhv edib

Bakı. 4 iyul. REPORT.AZ/ Ermənistanın iki pilotsuz uçan aparatı məhv edilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hadisə bu gün - iyulun 4-də baş verib.

Belə ki, cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Son xəbərlər

Orphus sistemi