Yuxarı
    Bağlamaq

    Müdafiə Nazirliyi: Ermənilər səhvən öz pilotsuz uçuş aparatını vurublar

    Mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib

    Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulmasına dair xəbərinə münasibət bildirib. 

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan bütün PUA-lar yerindədir.

    "Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.

    Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

    Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib", - deyə sorğuda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi