Yuxarı
    Bağlamaq

    Müdafiə Nazirliyi: Düşmənin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur

    Qarşı tərəf tələfatın sayı çox olduğundan və bunu gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb

    Bakı. 19 fevral. REPORT.AZ/ Erməni hərbi rəhbərliyinin Silahlı Qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib. Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur.

    "Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. 

    Məlumatda bildirilir ki, bu gün də baş verən insidentdə isə tələfatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb:

    "Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi