Bakı. 19 fevral. REPORT.AZ/ Erməni hərbi rəhbərliyinin Silahlı Qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib. Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə xeyli sayda olur.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda bildirilir ki, bu gün də baş verən insidentdə isə tələfatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb:
"Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq".