Yuxarı

Müdafiə Nazirliyi dinc əhalinin atəşə məruz qalması ilə bağlı Ermənistana xəbərdarlıq etdi

Bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi dinc əhalinin atəşə məruz qalması ilə bağlı Ermənistana xəbərdarlıq etdi.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Report-a bildiriblər ki, yanvarın 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əleyhinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar.

Müdafiə Nazirliyi birmənalı şəkildə bəyan edir ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir, bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcəkdir.

Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi