Azərbaycan ​Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin iki təşkilatı ləğv edilib

Azərbaycan ​Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin iki təşkilatı ləğv edilib Seçkilər zamanı təşkilatların 57-də sədrlər növbəti dövr üçün yenidən seçiliblər
Hərbi
2 Yanvar , 2015 11:07
Azərbaycan ​Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin iki təşkilatı ləğv edilib

Bakı. 2 yanvar. REPORT.AZ/ 2014-cü ildə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında 2 təşkilatda sədr dəyişikliyi baş verib.

“Report”un “Azərbaycan Ordusu” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Komitənin sədri Abiyət Ağadadaşova məlumat verib.

O bildirib ki, seçkilər zamanı təşkilatların 57-də sədrlər növbəti dövr üçün yenidən seçiliblər.

“Bu il hərbi hissə və birləşmələrdə 5 yeni təşkilat yaradılıb. Sıralarımız daha da genişlənib. 2 təşkilatımız isə ləğv olunub. Təşkilatlar ləğv olunsa da, üzvlərin başqa hərbi hissələrdə işlə təmin olunmasına çalışmışıq və qismən də olsa, buna nail olmuşuq”, - sədr bildirib.

Son xəbərlər

Orphus sistemi