Yuxarı

Müdafiə nazirinin tapşırığına əsasən şəhid və yaralıların ailələrinə baş çəkilib

Müdafiə nazirinin tapşırığına əsasən şəhid və yaralıların ailələrinə baş çəkilib
Onların övladlarına sovqatlar və hədiyyələr təqdim edilib

Bakı. 31 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təsdiq olunmuş plan uyğun ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissələrə səfərlər, muzey və abidələrə ekskursiyalar təşkil edilib, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, mədəni-kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilib.

Müdafiə nazirinin tapşırığına əsasən, bütün hərbi hissələrin komandanlıqları və şəxsi heyəti bayramlarla əlaqədar şəhid və yaralıların ailələrinə baş çəkib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi