Müdafiə nazirinin müavini: "Ukrayna və Azərbaycan bir sıra sahələrdə fəal əməkdaşlıq edir"

Müdafiə nazirinin müavini: "Ukrayna və Azərbaycan bir sıra sahələrdə fəal əməkdaşlıq edir" 2018-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin Ukraynaya səfəri gözlənilir
Hərbi
1 May , 2017 10:30
Müdafiə nazirinin müavini: Ukrayna və Azərbaycan bir sıra sahələrdə fəal əməkdaşlıq edir
Report

Kiyev. 1 may. REPORT.AZ/ Ukrayna və Azərbaycanın Müdafiə Nazirliyi fəal əməkdaşlıq edir və təcrübə mübadiləsi həyata keçirir.

Bu barədə "Report"un Ukrayna bürosuna Ukraynanın müdafiə nazirinin müavini İqor Pavlovski bildirib.

Nazir müavini Ukrayna Müdafiə Nazirliyinin nümayəndə heyətinin sonuncu dəfə bu il Azərbaycana səfər etdiyini xatırladıb.

"Ukrayna və Azərbaycan hökumətləri arasında çox mühüm sənədlər imzalanıb, protkollarda müdafiə sahəsində əməkdaşlığımızın inkişafının bütün perspektivləri qeyd edilib. Bizdə daimi təcrübə mübadiləsi həyata keçirilir. Biz aviasiya, təyyarə təmiri, bu və ya digər komponentlərin idxal əvəzlənməsi sahəsində əməkdaşlıq edirik. Ümumilikdə 12-15 birgə iş istiqaməti mövcuddur", - İ.Pavlovski vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ukrayna 2018-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin səfərini gözləyir.

"Gələn il Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfəri planlaşdırılır. Həmkarlarımızı qarşılamağa hazırlaşırıq", - İ.Pavlovski deyib.

Son xəbərlər

Orphus sistemi