Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib Qoşunların idarə olunması üzrə müvafiq göstərişlər verilib
Hərbi
18 Sentyabr , 2017 17:32
Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib
Mod.gov.az

Bakı. 18 sentyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin rəhbərliyi genişmiqyaslı təlimlərin keçirildiyi bölgədəki hərbi hissəyə gələrək ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstünün önünə gül dəstələri qoyub və ehtiramını ifadə edib.

Bu barədə "Report"a Azərbyacan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümümqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Əsas diqqət mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində kəşfiyyat, maskalanma, istehkam, atəşlə zərərvurma və digər döyüş təminatı məsələlərinə yönəldilib.

Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması, döyüş tapşırıqlarının aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə müvafiq göstərişlər verilib.

Son xəbərlər

Orphus sistemi