Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin tank bölmələrinin döyüş hazırlığını yoxlayıb

Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin tank bölmələrinin döyüş hazırlığını yoxlayıb Heyətlər tanklardan atəş açaraq təlim sahəsində yaradılmış tank, tankəleyhinə pusqu və helikopter hədəflərini döyüş atışları ilə məhv ediblər
Hərbi
19 Mart , 2015 12:06
Azərbaycanın müdafiə naziri Silahlı Qüvvələrin tank bölmələrinin döyüş hazırlığını yoxlayıb

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər. “Report” Müdafiə Nazirliyinin mətbuat xidmıtinə istinadən xəbər verir ki, döyüş təlimi hazırlığı çərçivəsində tank heyətləri ərazidə yaradılmış müxtəlif maneələri manevrlə aşma tapşırıqlarını yerinə yetiriblər.

Tank heyətləri marşrut mərhələlərində maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə bacarıqlarını nümayiş etdiriblər.

Heyətlər tanklardan atəş açaraq təlim sahəsində yaradılmış tank, tankəleyhinə pusqu və helikopter hədəflərini döyüş atışları ilə məhv ediblər.

Tank heyətlərinin hazırlığından razı qalan müdafiə naziri təlim məşqlərinin daha da ciddi və intensiv aparılmasına dair tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi