Yuxarı

​Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Zakir Həsənov hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayram münasibətilə təbrik edib

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Sonra hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanış olunub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayram münasibətilə təbrik edib.

Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi