Yuxarı
    Bağlamaq

    Müdafiə naziri: "Şəxsi heyətin hüquqi maarifləndirilməsinin müasir səviyyədə aparılmasına ciddi fikir verilməlidir"

    ​Azərbaycan ordusunda hərbi təhqiqat orqanlarının fəaliyyətinə geniş imkanlar yaradılacaq

    Bakı. 15 dekabr. REPORT.AZ/ "Son bir il ərzində əsgəri xidmətini başa vuran 10 mindən çox gənc müxtəlif ixtisaslar üzrə ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə cəlb olunub. Bu isə ordunun peşəkarlıq səviyyəsinin artmasına və döyüş qabiliyyətinin güclənməsinə zəmin yaradır".

    "Report"un məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər heyəti, hərbi hüquqşünas və psixoloqlarla, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının professor və müəllim heyəti görüşündə deyib.

    Z.Həsənov qeyd edib ki, bacarıqlı gənc mütəxəssislərin orduya qəbulu müasir silah və hərbi maşınların idarə edilməsində imkanları artırır: "Artıq, daha məsuliyyətli döyüş peşələrinin müddətdən artıq hərbi xidmət qulluqçularına həvalə edilməsi bu sahədə müsbət nəticəsini verməkdədir".

    Müdafiə naziri qarşıdakı dövrdə orduda hərbi təhqiqat orqanlarının fəaliyyətinə geniş imkanlar yaradılacağını bildirib: "Hərbi hissələrdə nizam-intizam və hərbi qanunvericiliyin tələblərinin qorunması üçün bu strukturda xidmət edən zabitlər də vəzifə borcunu ikiqat məsuliyyətlə yerinə yetirməlidirlər. Şəxsi heyətin hüquqi maarifləndirilməsinin müasir səviyyədə aparılmasına ciddi fikir verilməlidir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi