Zakir Həsənov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Zakir Həsənov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb Rusiyanın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi nazirə təqdim olunub
Hərbi
8 Dekabr , 2015 19:24
Zakir Həsənov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan ilə Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilərək illik əməkdaşlıq planına əsasən, Müdafiə nazirlikləri nümayəndə heyətləri arasında keçirilən işçi görüşlərinin, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərləri və təlimlərinin də keçirilməsi qeyd olunub.

Səfir V.Doroxin ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu müdafiə nazirinə təqdim edib.

Son xəbərlər

Orphus sistemi