Müdafiə naziri hərbi şəhərcikdə aparılan əsaslı tikinti işlərini yoxlayıb

Müdafiə naziri hərbi şəhərcikdə aparılan əsaslı tikinti işlərini yoxlayıb Zakir Həsənov ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib
Hərbi
18 Mart , 2015 20:42
Müdafiə naziri hərbi şəhərcikdə aparılan əsaslı tikinti işlərini yoxlayıb

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov yeni tikilən hərbi şəhərcikdə aparılan inşa işlərinin gedişatını yoxlayıblar.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.

Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı, müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş yataqxana kompleksi də inşa edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, hərbi obyektlərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi