Yuxarı

Müdafiə naziri HDQ-nin Təlim-məşq kompleksində şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yoxlayıb

Müdafiə naziri HDQ-nin Təlim-məşq kompleksində şəxsi heyətin döyüş hazırlığı səviyyəsini yoxlayıb
Zakir Həsənov heyətin real qəza vəziyyətinə uyğunlaşdırılmış şəraitdə nümayiş etdirdiyi praktiki fəaliyyətlərini izləyib

Bakı. 18 iyul. REPORT.AZ/ İyulun 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin bazasında fəaliyyət göstərən Təlim-məşq kompleksində olub.  

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Kompleksdə şəxsi heyətlə döyüş hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə suüstü gəmi və katerlərdə suya davamlılıq və yanğın əleyhinə mübarizə, eləcə də gəminin döyüş qabiliyyətinin artırılması üzrə təlim-məşqləri keçirilir.

Müdafiə naziri şəxsi heyətin real qəza vəziyyətinə uyğunlaşdırılmış şəraitdə nümayiş etdirdiyi praktiki fəaliyyətlərini izləyib.

Gözətçi gəmisinə baxış keçirən nazir gəminin təminatı, silahlanmada olan döyüş vasitələrinin hazırlığı ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi