Yuxarı
    Bağlamaq

    Müdafiə naziri cəbhə bölgəsində yeni salınan hərbi şəhərcikdə aparılan tikinti işlərini yoxlayıb - FOTO

    Tikintini həyata keçirən heyətlə görüşən Zakir Həsənov görülən işlərin sürətləndirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib

    Bakı. 1 iyul. REPORT.AZ/ Müdafiə naziri cəbhə bölgəsində yeni salınan hərbi şəhərcikdə aparılan tikinti işlərini yoxlayıb. Bu barədə "Report" Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Nazirlikdən bildirilib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi hissələrdə işlər davam etdirilir.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində tikilən hərbi şəhərcikdə aparılan inşaat işlərinin gedişatını yoxlayıblar.

    Yeni salınan hərbi hissəyə baş çəkən Müdafiə nazirinə məruzə olunub ki, tam infrastrukturla təmin olunacaq müasir tipli qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərcikləri, avtopark, sıra meydanı, yeməkxana, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksi və eləcə də digər obyektlərin inşası qısa müddətdə başa çatdırılacaqdır.

    Tikintini həyata keçirən heyətlə görüşən Müdafiə naziri görülən işlərin sürətləndirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi