Müdafiə naziri Böyük Vətən müharibəsi veteranlarının mükafatlandırılması haqqında əmr imzalayıb

Müdafiə naziri Böyük Vətən müharibəsi veteranlarının mükafatlandırılması haqqında əmr imzalayıb Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib
Hərbi
8 May , 2017 16:49
Müdafiə naziri Böyük Vətən müharibəsi veteranlarının mükafatlandırılması haqqında əmr imzalayıb
Mod.gov.az

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.

“Report” xəbər verir ki, əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti adından təbrik edilib.

Sonra qələbənin 72-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub.

Təşkilatın sədri, istefada olan general-mayor Dadaş Rzayev və çıxış edən digər veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi